Şuşa Real Məktəbi belə olacaq - Video

XƏBƏR
12:30
23 May 2022
246

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Sabah.az xəbər verir ki, artıq Şuşa Real Məktəbinin layihələndirmə və bərpa işlərinə başlanılıb.

Bu məqamda xatırladaq ki, Şuşa Real Məktəbi XIX əsrdə inşa olunub. Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi ədiblər bu məktəbin yetirmələri olub.

1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilib.

Layihələndirmə və bərpa işlərinə başlanılan Şuşa Real Məktəbinin necə olacağına dair videogörüntünü təqdim edirik:

Xəbər lenti