Qadir İbrahimli vəfat etdi

ÖLKƏ
10:20
20 May 2022
368

Jurnalist Qadir İbrahimli vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə məlumat yayıblar.

Xatırladaq ki, 54 yaşlı jurnalist səhhətində yaranan problemlərlə əlaqədar bir neçə gün əvvəl Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.

***

TƏBİB jurnalist Qadir İbrahimlinin vəfatı ilə bağlı məlumat yayıb.

Onun bu gün səhər saat 09:30 radələrində dünyasını dəyişdiyi bildirilir.

Qeyd olunur ki, Q.İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-i M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.  Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti