Metroda problem yarandı, sərnişinlər düşürüldü

XƏBƏR
11:31
19 May 2022
215

Metronun “Həzi Aslanov” - “Dərnəgül” marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, saat 11 radələrində “Ulduz” stansiyasında sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.

Məlumatda qeyd olunub ki, ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.

Xəbər lenti