Çörək almağa gedən 15 yaşlı qız yoxa çıxdı

XƏBƏR
10:48
19 May 2022
202

Bakıda yeniyetmə qız itkin düşüb.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 18-i saat 11 radələrində paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verib.

Kirayə yaşadığı evdən çörək almaq adı ilə çıxan 15 yaşlı Muğurova Sehri Nəcməddin qızı bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Balakən rayon sakini G.Muğurova Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti