Sahibkar AA seriyalı maşınla qəza törətdi, öldü - Foto

HADİSƏ
09:46
18 May 2022
404

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən axşam rayonun Qarayusifli kəndində baş verən qəzada sahibkar Cəlil Hacıyev dünyasını dəyişib.

O, 09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs fermerdir və dəvə təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti