Vilayət Eyvazov yeni rəis təyin etdi

ÖLKƏ
14:30
17 May 2022
366

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

Sabah.az “Unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Mirxəyal Hüseynov təyinat alıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü M.Hüseynov daha əvvəl Masallıda dövlət yol polisi müfəttişi, Göyçayda və Lənkəranda DYP komandiri vəzifəsində çalışıb.

***

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mirxəyal Hüseynov rütbəcə polis baş leytenantıdır. O Lənkəran şəhər RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi vəzifəsinə təyin olunmazdan əvvəl həmin bölmənin yol patrul xidmətində baş inspektor vəzifəsində xidmət aparıb.

Xəbər lenti