Milli Məclisə yeni Aparat rəhbəri təyin olunub

ÖLKƏ
11:20
17 May 2022
499

Milli Məclisin Aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı parlamentin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Fərid Famil oğlu Hacıyev bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl parlamentin Aparat rəhbəri Səfa Mirzəyev idi.

Xəbər lenti