Bakının bu yollarında 10 gün qazma olacaq

ÖLKƏ
09:55
17 May 2022
360

Bakı Şəhər Halqası Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisi 2022-yə hazırlıq işləri barədə məlumat yayıb.

Sabah.az xəbər verir ki, bildirilib ki, tədbir çərçivəsində, quraşdırma işləri ilə əlaqədar 16 may, gecə saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralıb.

Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılmağa başlayıb.

Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Xəbər lenti