Zaur Qurbanov bu vəzifəsini itirdi

XƏBƏR
15:55
16 May 2022
364

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2516 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamın birinci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “rəis müavini” sözləri “rəisi” sözü ilə, “Zaur Qurbanov” sözləri “Xəyyam Məmmədov” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, Z.Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, X.Məmmədov isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavinidir.

Xəbər lenti