Eldar Əzizov yeni Aparat rəhbəri təyin etdi

XƏBƏR
15:55
14 May 2022
381

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə paytaxtın icra başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

Xatırladaq ki, keçmiş BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xəbər lenti