Faktiki hava açıqlandı

XƏBƏR
14:40
14 May 2022
321

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrimeteorologiya Xidmətindən Sabah.az-a bildirilib ki, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən, yağmursuz keçib, lakin 13-ü günün birinci yarısında Lerikdə 5.0 mm, Culfada 2.0 mm, Naxçıvan, Şərur, Ordubadda 1.0 mm-dək yağış yağıb.

Havanın temperaturu Bakıda iqlim normasından 1 dərəcə aşağı olub.

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək.

Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir.

Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti