Şamaxıda keçmiş məhkum daşla öldürüldü

XƏBƏR
13:10
14 May 2022
309

Şamaxıda mübahisə zamanı keçmiş məhkum öldürülüb.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, hadisə ötən gecə baş verib. Rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyev bıçaqla və daşla vurularaq qətlə yetirilib.

Araşdırmalarla Ş.Hacıyevin M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. M.Rizvanov “isti izlər”lə tutulub, istintaq tədbirləri davam etdirilir.

***

Şamaxı rayon prokurorluğundan bildirilib ki, araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun Şəfayət Haviyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti