DYP-dən Bakı-Quba yolu ilə bağlı müraciət

ÖLKƏ
12:30
14 May 2022
564

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işləri əlaqədar sürücülərə müraciət edib.

İdarədən Sabah.az-a bildirilib ki, yolun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar həmin hissədə hərəkət tam məhdudlaşdırılıb, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib.

Baş DYP İdarəsi xüsusilə həftə sonu Bakı-Quba-Rusiya sərhədi yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər bu yolda baş vermiş ağır qəzaların bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edib. Onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edib.

Xəbər lenti