İyirmidən çox marşrutun hərəkət sxemi dəyişdiriləcək

XƏBƏR
15:23
13 May 2022
204

Bakı şəhərində keçiriləcək “Bakı Marafonu - 2022” ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun 23 sayda marşrutun hərəkət sxeminə 15 may 2022-ci il tarixi etibarilə dəyişiklik ediləcək.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliklər aşağıdakı kimi olacaq:

1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y.Səfərov küç. istiqamətində dəyişdirilərək Puşkin - Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək;

5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək;

6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə - yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) – İçərişəhər metro stansiyası və Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək;

10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq – A.Şaiq – Ş.Bədəlbəyli – D.Əliyeva – Puşkin – Nizami – Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil – İstiqlaliyyət – Azərbaycan pr. - Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək;

30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva – Nizami - Y.Səfərov küçələri ilə təşkil ediləcək;

53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək;

61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun – Ş.Bədəlbəyli – R.Behbudov – S.Əsgərova küçələri ilə təşkil ediləcək;

65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç. – Ş.Şamil küç. – İstiqlaliyyət küç. – Azərbaycan pr. ilə təşkil ediləcək;

125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək;

120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

Xəbər lenti