Horadizdə polis özünü güllələdi

ÖLKƏ
14:36
13 May 2022
325

Füzulidə xidməti silahla ehtiyatsız davranan polis özünü öldürüb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a bildirilib ki, hadisə bu gün baş verib.

Füzuli RPŞ-nin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Xəbər lenti