​Ölmüş dölü bağ evinin həyətinə atan qadın saxlanıldı

XƏBƏR
12:16
13 May 2022
216

Bakının Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə atıb uzaqlaşan qadın saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 24-25 həftəlik döl A.Hüseynova məxsus həyətdə ölmüş halda tapılıb.

Xəbər lenti