Gürcüstanda fövqəladə vəziyyət elan edildi - Yenilənib

XƏBƏR
14:40
21 Mart 2020
150

Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunur.

Sabah.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi xüsusi brifinqdə bildirib.

O, Gürcüstan Prezidenti Salome Zurabişviliyə bir ay fövqəladə vəziyyət elan edilməsiylə bağlı müraciət edib.

Məsələ ilə əlaqədar parlamentin xüsusi iclasının bu gün keçiriləcəyi bildirilir.

Qeyd edək ki, ökədə 47 nəfər epidemiyaya yoluxub, 1 nəfər sağalıb.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə aprelin 21-dək fövqladə vəziyyət elan edib.

Xəbər lenti