17 yaşlı qızın intiharının ilkin səbəbi açıqlandı

ÖLKƏ
11:20
4 May 2022
603

Ötən gün Bakıda özünü binadan ataraq öldürən 17 yaşlı qızın intihar səbəbi məlum olub.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva  imtahanda zəif nəticə göstərdiyi üçün özünü öldürüb:

“Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib”.

Xəbər lenti