Məqsəd Əzizov ilk albomunu təqdim etdi - Fotolar+Video
                
10:12
4 May 2022
2467Gənc balaban ifaçısı Məqsəd Əzizov ilk albomunu ictimaiyyətə təqdim edib.
Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, “soul of Balaban” adlı albomda Ələkbər Tağıyevin “Külək”, Əli Səliminin “Ayrılıq”, Minayə İbrahimovanın “Yenə Tək”, Eldar Mansurovun “Gecələr keçir”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Aytən İsmixanovanın “Məhəllə k/f-n soundtrack” musiqiləri yeni aranjimanda yer alıb.
Albomun prodüseri Rəşadət Fərzəliyevdir.
Sənətçi hazırda balabanı fərqli üslublarda göstərə biləcək balaban kvarteti ilə sinqllar üzərində çalışır. Yaxın günlərdə isə balaban kvarteti ilə argentinalı musiqiçi Astor Piazollanın “Libertango” əsərini təqdim edəcək.
Qeyd edək ki, Məqsəd Əzizov 2015-ci ildən “Natiq” ritm qrupunda fəaliyyət göstərir.
Spotify: https://open.spotify.com/artist/
0AdRdL4hZv2fe2Q65Hczkf
Music.Apple: https://music.apple.com/artist/1566910797
İnstagram: https://www.instagram.com/magsadazizov
Facebook: https://www.facebook.com/MagsadAzizov
 
 	
 	 
 
 	
 	 
 
 	
 	 
 
 	
 	  	 	  	 	 
 
 	 	 
 	 	 
                        Daha çox