Bakıda işıqforun qırmızı işığından keçən sürücü qəza törətdi - Fotolar+Video

XƏBƏR
10:06
4 May 2022
256

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

“Toyota” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib. Nəticədə “Toyota” Bülbül prospektində olan “Nissan” markalı avtomobilə çırpılıb. “Nissan”da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti