Müdafiə Nazirliyi məlumat yaydı
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Sabah.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 04.05.2022-ci il tarixdən 07.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Daha çox