Bakıda ad gününü qeyd edən məktəbli qız özünü binadan atdı - Təfərrüat

ÖLKƏ
14:10
3 May 2022
572

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb.

Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

Xəbər lenti