İlham Əliyev və xanımı məktəbin açılışında iştirak etdi - Video+Yenilənib
Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Sabah.az xəbər verir ki, dövlət başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış olublar.
Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov məktəb haqqında məlumat verib.
Bildirilib ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
Daha çox