“Şamaxı rəsədxanası ilə danışmışıq” - QMİ
“Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”.
Sabah.az APA-ya istinadən xəbər verir ki, bu sözləri QMİ-nin sədr müavini Fuad Nurullayev deyib.
“Şamaxı rəsədxanası ilə danışmışıq, Ay üfüqdə görünüb və Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”, - Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bayram namazlarının qılınmasında sadəcə saat fərqi olacaq:
“Buna da QMİ səviyyəsində icazə verilib”.
Daha çox