Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik etdi

XƏBƏR
09:30
2 May 2022
466

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Sabah.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”.

Xəbər lenti