Bayram namazı qılındı

XƏBƏR
09:15
2 May 2022
505

Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Sabah.az xəbər verir ki, ölkənin bütün məscidlərində bayram namazı qılınıb.

Bayram namazı Göy məscid və Əjdərbəy məscidində saat 09:00-da qılınıb. Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşdüyü üçün bayram namazında iştirak etməyib.

Qeyd edək ki, ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri qeyri-iş günüdür

Xəbər lenti