Naxçıvana uçan təyyarə Bakıya qayıtmalı oldu

ÖLKƏ
13:56
30 Aprel 2022
504

Naxçıvana uçan təyyarə texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönməli olub.

Sabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindan bildirilib.

Qeyd olunub ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Xəbər lenti