Sumqayıtda yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub

XƏBƏR
10:18
29 Aprel 2022
211

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

Bu barədə TƏBİB-dən Sabah.az-a bildirilib.

Məlumata görə, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

Qeyd olunur ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Xəbər lenti