Sumqayıtda zavoddakı yanğın söndürüldü - Fotolar

ÖLKƏ
10:01
29 Aprel 2022
405

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

Sabah.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti