Prezident “Zərifə Əliyeva” gəmisinin istismara verilməsi mərasimində - Fotolar+Yenilənib
Prezident İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.
Sabah.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına “Zərifə Əliyeva” gəmi-bərəsi barədə məlumat verib.
Bildirilib ki, gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsi ilə eynidir. Otuz nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha üstündür. Dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər var.
Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən rəmzi lenti kəsib. Gəmi-bərə ilə tanış olan dövlət başçısı daha sonra onun işə salınmasını bildirən düyməni basıb.
Daha çox