Dırmıqla əmisinin başından vurub öldürdü
Qardaşı oğlu tərəfindən dırmıqla vurulan kişi xəstəxanada ölüb.
Laçın rayon prokurorluğundan Sabah.az-a verilən məlumata görə, Fingə kənd sakini Əşrəf İsmayılovun almış olduğu xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib. Nəticədə sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb. Bahadur İsmayılov şübhəli şəxs qismində tutub, istintaq davam edir.
Daha çox