Nazir Namidan Piriyevə yüksək vəzifə verdi

ÖLKƏ
13:55
27 Aprel 2022
512

Bir müddət öncə Daxili İşlər Nazirliyinin tabeliyinə verilən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Namidan Piriyev gətirilib.

O, bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, daha öncə İdarənin şöbə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, NİİM bu il fevralın 7-də DİN-in tabeliyinə verilib. Qurum həmin tarixədək Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.

Xəbər lenti