Zakir Sultanovun həbs müddəti azaldıldı

ÖLKƏ
11:47
27 Aprel 2022
384

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun apellyasiya məhkəməsi keçirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində bu gün baş tutan iclasa vəkil Vüqar Babayev müdafiə çıxışı edib.

Daha sonra qərar elan olunub. Qərara əsasən, Z.Sultanovun həbs müddəti 5 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti