Bəraət alandan sonra öldürülən çempion barəsindəki hökm ləğv edildi

XƏBƏR
14:23
26 Aprel 2022
291

“Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə apellyasiya məhkəməsi yekunlaşıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

Emin Səfərovun qətlində ittiham olunan Zaur Yusifovla bağlı hökmdən verilmiş apellyasiya protesti təmin edilib. Zaur Yusifov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. O, azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Vəkil bildirib ki, hakim Habil Məmmədovun qərarını ədalətsiz hesab edir:

"Proseslər Zaurun hüquqi varisi Əli Yusifovun iştirakı olmadan keçirilib. Hakim barəsində Məhkəmə-Hüquq Şurasına və digər aidiyyəti dövlət orqanlarına şikayət edəcəyik".

Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Habil Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrədn sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilib. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.

Fotoda "Emin 444"

Fotoda: Zaur Yusifov

Xəbər lenti