İquain karantindən qaçmaq istədi, polis tutdu

İDMAN
00:48
20 Mart 2020
116

İtaliyanın “Yuventus” klubunun futbolçusu Qonsalo İquain karantindən qaçaraq ölkəsi Argentinaya getməyə çalışıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə geniş yayılan koronavirus epidemiyasına görə argentinalı hücumçu vətəninə qayıtmağa cəhd edib. Ancaq 32 yaşlı forvardı hava limanında polis saxlayıb və onun səfəri baş tutmayıb.

Xatırladaq ki, artıq İtaliyada koronavirus epidemiyasından minlərlə insan ölüb. “Yuventus”un futbolçuları Daniele Ruqani və Blez Matyuidi də bu virusa yoluxub.

Xəbər lenti