Yeni marşrut xətti fəaliyyətə başlayır
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.
Sabah.az xəbər verir ki, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər.
Bildirilib ki, marşrut xətti üzrə gediş haqqı 0.30 azn təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.
Qeyd edək ki, 9 nömrəli marşrut xəttinin fəaliyyətə başlaması ilə MİDA sakinlərinin paytaxtın böyük hissəsinə rahat gediş-gəlişi təmin edilməklə yanaşı, metronun "Memar Əcəmi" stansiyası istiqamətindən də "Nərimanov" istiqamətinə və geriyə avtobusların hərəkəti təmin edilmiş olacaq.
Daha çox