Mərkəzi Bank “Sədərək” TM-i cərimələdi

İQTİSADİYYAT
10:49
25 Aprel 2022
575

“Sədərək” Ticarət Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.

Sabah.az “Kriminalqafqaz“a istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkətə cərimə protokolu tərtib olunub.

Ticarət mərkəzinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və həmin valyutanı ölkəyə geri qaytarmayıb.

Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur və böyük dövriyyəyə malikdir. Firmanın rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.

Xəbər lenti