Qubaya helikopterlər göndərildi - Yanğına görə+Foto

HADİSƏ
13:53
7 Fevral 2020
111

Quba Rayonunun dağ kəndlərində güclü qasırğa müşahidə olunur.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon mərkəzindən 70 km aralıda yerləşən Qarxun kəndində qasırğa yanğınlara səbəb olub.

Sakinlərin verdiyi məlumata görə, güclü külək nəticəsində ot tayalarında başlamış yanğın artıq evlərə və tövlələrə keçib. Hazırda 3 evin yandığı bildirilir.

Bakıdan yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Qubaya iki helikopter göndərib. Quba Rayon İcra başçısı Ziyəddin Əliyev hadisə yerinə gedib.

***

Sabah.az-a FHN-dən daxil olan məlumata əsasən, 7 fevral tarixində Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır. Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Xəbər lenti