Bakıda polis əvvəlcə nişanlısını, sonra özünü öldürdü

ÖLKƏ
13:59
22 Aprel 2022
405

Bakıda polis əməkdaşı nişanlısını öldürüb, daha sonra intihar edib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, hadisə bu gün günorta saatlarında Nərimanov rayonu ərazisindəki evlərin birində baş verib.

Xəzər RPİ-nin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti