Tayson təyyarədə sərnişini döyüb bu hala saldı - Video

XƏBƏR
11:40
22 Aprel 2022
203

Superağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson təyyarədə sərnişini döyüb.

Sabah.az Qol.az-a istinadən xəbər verir ki, hadisə San-Fransiskodan Floridaya uçuşdan əvvəl baş verib.

Arxa oturacaqdakı sərxoş sərnişin dəfələrlə Taysona söz atıb. 55 yaşlı idmançı həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etsə də, bunun faydası olmayıb. Nəticədə “Dəmir Mayk” sərnişinin sifətinə yumruq zərbələri endirib.

Sərxoş sərnişin üzündən xəsarət alıb. Tayson isə təyyarədən uzaqlaşdırılıb.

Xəbər lenti