Bakıda əsən külək nə vaxt səngiyəcək?

ÖLKƏ
11:20
22 Aprel 2022
308

Bu gün Bakıda və Abşeron yarımadasında 15-20 m/san sürətlə əsən şimal-qərb küləyi axşam zəifləyəcək.

Sabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edək ki, bugünkü hava proqnozuna görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Xəbər lenti