Maska qadağasının ləğvi gözlənilir - Rəsmi
Azərbaycanda maska qadağasının ləğvi gözlənilir.
Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, bununla bağlı tarix bəlli deyil.
“Bununla bağlı qərarın may ayının birinə, yoxsa yarım saat sonra olacağını isə dəqiq deyə bilmərik”, - Vüqar Qurbanov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda açıq havada maska taxmaq qadağası 2021-ci ilin mayın 31-dən götürülüb. Qapalı məkanlarda maska qadağası isə davam edir.
Daha çox