Bakıda əks istiqamətdə hərəkət edən avtomobil qəza törətdi, xəsarət alan var - Foto+Video
Bakının Nəsimi rayonunda qəza olub.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində baş verib.
“Toyota” markalı avtomobil əks istiqamətə çıxaraq “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmanın təsirindən “Toyota” daha sonra “Daewoo” markalı maşınla toqquşub. Qəza nəticəsində VAZ markalı maşında olan sərnişin xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Daha çox