Baş Prokurordan yeni təyinatlar
Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.
Sabah.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Xocalı rayon prokuroru Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə Tovuz rayonuna prokuror göndərilib.
Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayonuna prokuror təyin edilib.
Daha çox