Bakıda məktəbli küçədə anasını qətlə yetirdi - Yenilənib

ÖLKƏ
14:20
20 Aprel 2022
480

Bakıda küçədə qadın qətlə yetirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

***

Qətlə yetirilən qadının Ülviyyə İsmayılova olması müəyyən edilib. Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.

Xəbər lenti