Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçisi minaya düşdü

ÖLKƏ
10:16
20 Aprel 2022
373

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Sabah.az xəbər verir ki, hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.

Müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.

Xəsarət alan hərbçi hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Bildirilib ki, faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti