Bakıda sərxoş sürücü qəza törətdi - Fotolar+Video

ÖLKƏ
10:13
20 Aprel 2022
334

Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qələbə dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan “Ford” markalı avtomobil yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan Mahmud Nuriyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Zərbə o qədər güclü olub ki, “Mercedes” əks istiqamətdə yolayrıcı betonun üzərinə düşüb.

Qəza nəticəsində “Ford”un sürücüsü xəsarət alıb.

Mahmud Nuriyev APA-ya müsahibəsində bildirib ki, qəza törədən “Ford”un sürücüsü sərxoş vəziyyətdə olub.

Əraziyə Yol Patrul Xidmətinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Fakt araşdırılır.

Xəbər lenti