Tərtər hadisələrində ölən Elçin Quliyev bəraət aldı
2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülənlərdən biri Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlətə xəyanət ittihamıyla onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi.
Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.
2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqındakı qərarı ləğv edib.
Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.
Daha çox