Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında bıçaqladı - Yenilənib
Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A.Əliyeva universitetə gələrkən bıçaqlanıb.
Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.
Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.
Araşdırmalar davam etdirilir.
***
Sumqayıt Dövlət Universiteti tələbə qızın bıçaqlanması hadisəsi ilə bağlı açıqlama yayıb.
Universitedən bildirilib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar:
“Məlum hadisə isə aprelin 14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi A. Əliyeva aprelin14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb.
Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyəti qənaətbəxşdir.
Universitetdən qeyd edilib ki, həmin qız nümunəvi tələbələrdən biridir.
Daha çox