Bakıda qəzada 2-si azyaşlı olmaqla 6 nəfər yaralandı
Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gecə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində “Mercedes” markalı iki minik avtomobili toqquşub.
10 ND 561 və 90 GG 589 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 5-i qadın, 1-i isə kişidir. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər arasında iki azyaşlı qız var. Hazırda onların kimlikləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha çox